YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır

«Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri mühüm uğurlarla yadda qaldı. Xüsusilə NATO çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, xüsusilə torpalarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunur. Onun sözlərinə görə, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb.

«NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır. Əlbəttə ki, bu fakt bir daha Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Artıq Ermənistanın işğalçılıq siyasəti dünyada tam ifşa olunub və ermənilərin yalanlarına heç kim inanmır. Eyni zamanda, Ermənistan dünyada ciddi bir dövlət kimi də qəbul olunmur. Brüsseldə Paşinyana olan soyuq münasibət bu faktı bir daha təsdiqlədi. O,  Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro almağa çalışsa da, məqsədinə nail ola bilmədi. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. Ermənistan hakimiyyəti anlamalıdır ki, onun gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir. Əgər Ermənistan Azərbaycanın torpaqlarını xoşluqla işğaldan azad etsə, onda hər hansı perspektivindən danışmaq mümkündür»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv