YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Gəncə hadisələri zamanı xalqımız həmrəylik və qətiyyətli mövqe nümayiş etdirərək öz dövlətinin yanında oldu

“Azərbaycan həm iqtisadi inkişafı, həm də ictimai-siyasi sabitliyi ilə nümunəvi model yaradıb. Səmərəli daxili və xarici siyasətin həyata keçirilməsi, çoxşaxəli islahatların reallaşdırılması və digər mühüm faktorlar Azərbaycanın inkişafını təmin etməklə yanaşı, ölkəmizin sabitlik adası kimi tanınmasını şərtləndirib”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları iqtidarın həyata keçirdiyi siyasəti və onun nəticələrini yüksək qiymətləndirir, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur: “Azərbaycanın əldə etdiyi nailiyyətləri narahatlıqla qarşılayan bəzi dairələr ölkəmizin inkişafına mane olmaq, ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Lakin həm Azərbaycan dövləti, həm də xalqımız bu cür cəhdlərə heç zaman izin verməyib. Təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş Gəncə hadisələri zamanı da xalqımız həmrəylik və qətiyyətli mövqe nümayiş etdirərək öz dövlətinin yanında oldu, terror aktı və təxribat cəhdlərini qətiyyətlə pislədi. Dövlətimiz isə öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirərək sabitliyi pozmaq – xaos yaratmaq cəhdlərinin qarşısını aldı, cinayətkar dəstə zərərsizləşdirildi. Qətiyyətlə demək olar ki, bundan sonra da istənilən təxribat cəhdinin qarşısı alınacaq və Azərbaycan inkişaf yolunda addımlağa davam edəcək”.