YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Gəncədə terror aktları törədənlərin İslamla heç bir əlaqəsi yoxdur

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş terror aktlarının xarakterinə toxunaraq onların məhz dini şüarlar altında həyata keçirildiyini vurğulamış, bu addımları İslam dininə qarşı ən böyük cinayət adlandırmışdır. Həqiqətən də, multikulturalizmə həyat tərzi və adət-ənənə, dövlət siyasəti, ictimai sifariş, zənginliyimiz, gələcəyimizin təminatçısı və böyük məsuliyyət kimi yanaşan, ili eyni adla adlandıran, növbəti ili “islam həmrəyliyi” elan edən, İslam həmrəylik oyunlarını keçirən Azərbaycanda dini zəmində və dini şüarlarla terror aktları törətmək üçün heç bir zəmin yoxdur”. Bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Gəncədə terror aktları törədənlərin İslamla heç bir əlaqəsi yoxdur. Onlar sadəcə islamofob müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirirlər və əsas məqsədləri də Prezident İlham Əliyevin təbirincə desək, sabitliyimizi pozmaqdan ibarətdir: “İslam və terror arasında bərabərlik işarəsi qoyub, onların eyni mahiyyət kəsb etdiyini ictimai rəyə sırımaq istəyir, bütün dünyada islamofob qüvvələrin car çəkdikləri təhlükəli “İslam STOP!” şüarına haqq qazandırmağa çalışırlar. Bütün bu acı reallıqlar fonunda əslində terror və İslamın tam əks qütblər olduğu ilə bağlı təkzibedilməz həqiqətə bəzi mülahizələrimi əlavə edib, bölüşmək istəyirəm. Terrorçuluq fəaliyyətini bir çox hallarda “İslam terrorizmi” kimi də qiymətləndirməyə cəhdlər göstərilir. Məsələyə belə yanaşıldıqda, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə “xristian müstəmləkəçiliyi” adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. Müsəlmanlar “Nyu-York göydələnlərini dağıtdılar” kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim “induslar Mahatma Qandini öldürdülər” və ya “yəhudilər İshaq Rabini qətlə yetirdilər” kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti Kennedinin öldürülməsində ittiham olunan Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi”.

“Çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstrimizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik-dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər. Yeri gəlmişkən, o, ABŞ-da yaranmışdır. Belə ki, 1919-cu ildə pres-viterian, baptis və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaratmışlar. Məqsədləri-inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olmuşdur (məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər). İslam təməlçiləri nümayəndələri də (ərəbcə “əs-sələf-ayi”-“ulular”) öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır. Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir”-deyə, depuatat vurğulayıb.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv