YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Azərbaycanın uzun illərdir danışıqlar prosesində iştirakı ən böyük güzəştdir

«Ermənistanın baş naziri Paşinyanın Azərbaycandan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlər istəməsi qeyri-ciddi məsələdir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Paşinyanın bu mövqeyi münaqişənin sülh yolu ilə həllinə mane olur. Onun sözlərinə görə, erməni tərəfinin  Azərbaycandan güzəştlər tələb etməyə heç bir əsası  yoxdur.

«Bu münaqişənin həlli prosesində ön şərtlər irəli sürə biləcək və güzəştlər tələb edə biləcək yeganə tərəf varsa, o da Azərbaycandır. Əslində, Azərbaycanın uzun illərdir danışıqlar prosesində iştirakı ən böyük güzəştdir. Sadəcə, Paşinyan qeyri-ciddi siyasətçi kimi nə söylədiyinin fərqində deyil»-deyə, deputat qeyd edib.