YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Beynəlxalq idman tədbirlərinin ölkəmizdə təşkili artıq ənənə halını alıb

«Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın qısa müddətdə sürətli inkişafı, ilk növbədə, bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır». Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, dinamik inkişaf edən Azərbaycan idman sahəsində də misilsiz nailiyyətlər qazanıb. Onun sözlərinə görə, bu uğurlar arasında yeni idman infrastrukturunun yaradılması, təmsilçilərimizin ən mötəbər yarışlarda mühüm nailiyyətlər qazanması, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili xüsusi yer tutur.

«Beynəlxalq idman tədbirlərinin ölkəmizdə təşkili artıq ənənə halını alıb. Azərbaycanda yüksək səviyyədə keçirilmiş birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, Formula 1 Azərbaycan Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər Azərbaycanın bu sahədəki potensialını nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə tanınması və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də marağına səbəb olur. Məhz bunun nəticəsidir ki, ölkəmizə beynəlxalq qurumlar tərəfindən etimad göstərilir»-deyə, A.Abiyev vurğulayıb.