YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın mərkəzi qərargahında “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycanda səfərdə olan “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı  Mübariz Qurbanlı qeyd edib ki, bu səfər hər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi və ortaq maraq kəsb edən məsələlərin müzakirəsi üçün mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, hər iki partiya arasında səmərəli əməkdaşlıq əlaqələri yaranıb. Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı münasibətlərin mövcud olduğunu söyləyən YAP İcra katibinin müavini diqqətə çatdırıb ki, əlaqələrin inkişaf etdirilməsi hər iki partiyanın, bütövlükdə, ölkələrimizin maraqlarına cavab verir.

Görüşün əhəmiyyətinə toxunan YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili  Asəf Hacıyev isə bildirib ki, bu cür səfərlər həm partiyalar, həm də ölkələrarası münasibətlərə əhəmiyyətli töhfələr verir.

“İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının sədri Aleq Levinski isə görüşdən məmnunluğunu qeyd edərək deyib ki, bu cür səfər və görüşlər əməkdaşlıq əlaqələrinin inkişafı baxımından faydalıdır. Qonaq ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və iki partiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübaliəsi aparılıb.