YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Gələn il sürətli inkişaf ili olacaq

İqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaq. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib.

Bu fikirləri Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, gələn il sürətli inkişaf ili olacaq: “Maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.