YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Sudanın sosial rifah və təhlükəsizlik üzrə dövlət naziri Kamal Hassan Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 2-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, icra katibi Əli Əhmədov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sudanın sosial rifah və təhlükəsizlik üzrə dövlət naziri Kamal Hassan Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında yaranmış dostluq əlaqələrindən məmnunluq bildirildi. Xalqlarımızın milli maraqlarına uyğun olan belə münasibətlərin beynəlxalq tədbirlərdə həmrəy mövqedən çıxış etməyə imkan verdiyi xüsusi qeyd olunmaqla qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

Münasibətlərimizin perspektivi barədə söhbət gedərkən Sudan Milli Konqres Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində də ətraflı fikir mübadiləsi aparıldı.

Görüşdə Sudanın ölkəmizdəki səfiri Mohamed Elias Mohamed əl-Haq da iştirak edib.