YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulandı. Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edildi.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırıldı, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulandı.