YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanıda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib

Avqustun 9-da Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər bu günümüz, sabahımız, ümidimizdir” mövzusunda tədbir keçirilib. Əvvəlcə gənclər Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, Mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirilib.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva, o cümlədən gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs edib. O diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev, YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Aydın Əhmədov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək Azərbaycan gənclərinin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə bildirib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Millət vəkili əlavə edib ki, Azərbaycanda gəncliyin inkişafı və səmərəli fəaliyyəti dövlətin diqqət mərkəzindədir.

Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olunub, fəal gənclər rayon təşkilatının fəxri fərmanları və təşəkkürnamələri ilə təltif olunublar. Tədbir bədii hissə ilə davam etdirilib. 

DİGƏR Xəbərlər Arxiv