YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Analitik Mərkəzinin rəhbəri: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur

Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar açacaq.

Bu fikri  Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko deyib.

O qeyd edib ki, 22 ildən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur. Artıq Xəzəryanı ölkələrin təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropa dövlətlərinə çatdırılması üçün geniş perspektivlər açılıb. Bu, Azərbaycan və Orta Asiya ölkələrinin iqtisadiyyatının inkişafı və rifahının daha da artırılması üçün çox faydalı olacaq.

 

DİGƏR Xəbərlər Arxiv