YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək

Oktyabrın 11-12-də Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək.

“Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının təşkilatçılığı ilə keçiriləcək forumunda Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət siyasəti, neft emalı sahəsinin modernləşdirilməsi və sair məsələlər barədə məruzələr dinləniləcək. Tədbirdə SOCAR, həmçinin “Azpetrol”, “LUKoil”, “Shell”, “Turkpetrol” və digər şirkətlər iştirak edəcək.

Qeyd edək ki, jurnal Rusiyada fəaliyyət göstərir və əsasən yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin fəaliyyətinin işıqlandırılması, bu sahədə tədbirlərin təşkili işi məşğul olur.