YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arnold Ryuytel: Beynəlxalq Humanitar Forumlar sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfədir

Beynəlxalq Humanitar Forumlar sivilizasiyalararası dialoqun inkişafına, əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verir. Belə tədbirlərin ənənə halı alması zəruridir.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Estoniyanın sabiq prezidenti Arnold Ryuytel deyib.

Forumda müzakirə edilən məsələlərin müvafiq sahələr üzrə problemlərin həllinə öz töhfəsini verəcəyini deyən A.Ryuytel bildirdi ki, məsələn, Estoniyada ekologiya sahəsində çoxlu problemlər yığılıb qalmışdı, son illərdə onları aradan qaldırmaq üçün çox işlər görülüb. İndi Estoniya ekologiya cəhətdən təmiz ölkə sayıla bilir.

Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən estoniyalı qonaq beynəlxalq miqyasda ölkəmizə marağın artmasını məmnunluqla vurğuladı.