YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan hökuməti güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir

«Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrində, o cümlədən sosial sferada da özünü   ciddi şəkildə ifadə edir». bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, hazırda ölkəmizdə  çox mühüm sosial proqram və layihələr həyata keçirilir. Onun sözlərinə görə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

«Ölkəmizin dövlət büdcəsi də bu prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir»-deyə, komitə sədri vurğulayıb.