YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Beynəlxalq Humanitar Forumu nüfuzlu siyasətçiləri, ictimai-siyasi xadimləri, elm adamlarını bir araya gətirir

Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox əhəmiyyətli bir qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, elm adamları bir araya gəlirlər.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül İnstitutunun professoru Valeri Neronov demişdir.

O, Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çox dəyərli fikirlər söylədiyini bildirərək qeyd etmişdir ki, bu fikirləri ürəkdən dəstəkləyir.

V.Neronov, həmçinin vurğulamışdır ki, Bakı Forumu müxtəlif ideyaların müzakirəsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük platformasına çevrilib. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.