YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiya xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.