YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səkkiz ayda vergi orqanlarında 940 xarici şirkət qeydiyyatdan keçib

Bu ilin yanvar-avqust ayları ərzində vergi orqanlarında 940 xarici şirkət qeydiyyatdan keçib.

Vergilər Nazirliyindən verilən məlumata görə daha çox Avropa və Asiya ölkələrini təmsil edən həmin sahibkarlıq subyektlərinin maraq göstərdiyi əsas sahələr qeyri-neft sektoruna aid sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sahələridir.

Ümumilikdə, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 min 500-dən çoxdur. Həmin şirkətlərin 30 faizə yaxını Türkiyəyə məxsusdur. Bundan sonra Rusiya, Böyük Britaniya, ABŞ və Fransa kimi ölkələrin şirkətləri gəlir. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında da artım qeydə alınıb.