YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: İqtisadi sahədə əldə olunan nəticələr çox təqdirəlayiqdir

«Ölkəmiz öz iqtisadi təhlükəsizliyini  təmin etmək üçün uğurlu siyasət həyata keçirir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan iqtisadi sahədə yeni hədəflərə doğru irəliləyir. Onun sözlərinə görə,  ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir.

«Azərbaycanın  iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Çox təqdirəlayiq haldır ki, 

ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə daha dinamik hal alır. Bunu 2018-ci ilin arxada qalan göstəriciləri bir daha təsdiqləyir. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafında mühüm amildir» - deyə, T.Rzayev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv