YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İvan Soltanovski: Azərbaycanın və Türkiyənin AŞPA-da tez-tez tənqid obyektinə çevrilməsi ikili standartların təzahürüdür

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın tez-tez tənqid olunması ikili standartların təzahürüdür.

Bu fikri Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bu ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi İvan Soltanovski söyləyib.

Ölkəsinin Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışan rusiyalı diplomat bildirib ki, Rusiyadan başqa bəzi digər dövlətlər də bu qurumda çətinliklərlə rastlaşırlar. “Bizdən başqa Azərbaycan və Türkiyə də tez-tez tənqid obyektinə çevrilir. Biz bunu ikili standartların təzahürü hesab edirik”, - deyə o əlavə edib.