YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir

«Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir». Bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Onun sözlərinə görə, bu marşrutun potensialından səmərəli istifadə etməklə geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür.

«İndiyədək dəhlizin Azərbaycandan keçən hissəsində böyük işlər görülüb və çoxlu sayda layihələr reallaşdırılıb. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə yönələn platformalardan çıxış etməsi mühüm rol oynayır. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük səy göstərir. Bu baxımdan, Azərbaycanın bu istiqamətdə verdiyi mühüm töhfələr beynəlxalq birlik, o cümlədən tərəfdaş ölkələr tərəfindən yüksək dəyərləndilir»-deyə, deputat qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv