YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Çində işgüzar səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfərdədir.

XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında, həmçinin nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.