YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MN: Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyindən bildiriblər ki, düşmən tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır.

Azərbaycan tərəfindən fərqli olaraq, əksinə, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir. O ki qaldı, yaralanan erməni mülki şəxsə, Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır.