YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Fransanın Burq Le Valans şəhər merinin işğal edilmiş ərazilərə səfəri qeyri-qanunidir

Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin işğal edilmiş ərazilərə səfəri qeyri-qanunidir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etməsi və Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ın imzalanmasına dair məlumat verilib. H.Hacıyev bildirib ki, onun bu əməli Azərbaycan qanunlarının pozulmasıdır.

«Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir. Fransa Prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır. Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq “dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir»- H.Hacıyev deyib.