YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək

Sentyabrın 20-də Almatıda Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək.

Almatı şəhəri akimliyinin dəstəyi ilə reallaşacaq forumda Qazaxıstan və Azərbaycanın turizm potensialı təqdim olunacaq, hər iki ölkənin turizm agentlikləri üçün işçi platforma təşkil ediləcək. Həmçinin Azərbaycan və Qazaxıstan mehmanxana biznesinin təqdimatı, turistlər üçün istirahət kuponunun uduşlu oyunu keçiriləcək.

Forumun keçirilməsində məqsəd hər iki ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təşkil etdikləri müalicə və istirahət mərkəzlərinə turların təbliği və turistlərin cəlb edilməsidir.