YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl İsmayılov: Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir

“Azərbaycan son illər çox nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir”. Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, hər il ölkəmizdə 50-dən çox beynəlxalq turnir təşkil olunur. Onun sözlərinə görə, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Azərbaycan Qran-Prisi kimi böyük tədbirlər yüksək səviyyədə təşkil edildi.

“Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların ölkəmizdə keçirilməsinə tərəfdardırlar. Digər sahələrdə olduğu kimi, idmanda da ədalət prinsipi vacib amillərdəndir. Sevindirici haldır ki, idmançılarımız ədalət prinsipinə sadiqdirlər və nümunəvi çıxışları ilə dünyada seçilirlər”-deyə nazir müavini vurğulayıb.