YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyinin nümayəndələrinin Bakıda keçirilən görüşündə iki ölkə arasında nəqliyyat, innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

NRYTN-dən bildirilib ki, tərəflər bu istiqamətdə konkret tədbirlərin görülməsi, əlaqələri genişləndirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər.

Eyni zamanda, sentyabrın 19-da imzalanmış “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu”nda nəzərdə tutulan fəaliyyətlərin koordinasiya edilməsi üçün Əlaqələndirici Şəxslərin təyin edilməsi, habelə Azərbaycan və Avstriya arasında bu sahədə əməkdaşlığa dair sazişin imzalanması istiqamətində müvafiq hazırlıq işlərinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları da iştirak edib.