YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seyfəddin Talıbov: Azərbaycanda pambıqçılıq zəngin tarixi ənənəyə və böyük potensiala malikdir

“Azərbaycanda pambıqçılıq zəngin tarixi ənənəyə və böyük potensiala malikdir”. Bu fikri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbov bildirib ki, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən verilən tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaradıb. Onun sözlərinə görə,  2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər görülür.

“Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaq və 500 min ton məhsul istehsalına nail olmaqdır. Bunun üçün torpaq və sudan səmərəli istifadə edilməli, pambıq yararlı və su təminatı olan ərazilərdə becərilməli, növbəli əkin tətbiq edilməlidir. Bu istiqamətdə dövlət fermerlərə öz dəstəyini göstərir”-deyə, nazir müavini vurğulayıb.