YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə hörmətsizlik nümayiş etdirirlər

“Paşinyanın dediklərindən belə çıxır ki, o, ATƏT-in Minsk qrupunu prosesdən uzaqlaşdırır. Onun Qarabağın statusu ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Amma bu haqda danışır”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.

 M.Əhmədoğlu bildirib ki, Ermənistanın baş naziri statusunda Nikol Paşinyanın verdiyi hər bir bəyanatı kifayət qədər müəyyənedici xarakterlidir. Onun sözlərinə görə, baş nazir N. Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyəsinin barometridir.

“Paşinyanın ATƏT-in Minsk qrupunun nizamnaməsinə zidd bəyanatlarına ATƏT Minsk qrupu bu günədək heç bir reaksiya verməyib. Bununla, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə, təmsil etdiyi dövlətlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər ATƏT-in Minsk qrupu həmsədrləri özünəhörmət hissi ilə tanışdırlarsa, onlar Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşmalıdırlar. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ tənzimlənməsində kömək üçün Azərbaycan ordusuna müraciət etməklə, özünün imicinin daha da ləkələnməsinin qarşısını ala bilər”-deyə, politoloq qeyd edib.