YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: Bu ilin 9 ayı sosial-iqtisadi baxımdan ölkəmiz üçün uğurludur

«Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir. 2014-cü ilin üçüncü rübünün yekunları bunu deməyə tam əsas verir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlər üzrə göstəricilər vurğulandı. Onun sözlərinə görə, sadalanan faktlar ölkəmizdə makrosabitliyin təmin olduğunu təsdiqləyir.

«İclasda qeyd olunduğu kimi cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz, onun qeyri-neft sektoru isə 6,0 faiz artıb. Ölkəmizin valyuta ehtiyatları 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz artım əldə edilib. Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb. Belə ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib.
Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir. Bütün bu faktlar 2014-cü ilin 9 ayının nəticələrinin uğurlu olduğunu təsdiqləyir»- deyə, komitə üzvü qeyd edib.