YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” tədbirində iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT-nin baş katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT-yə üzv dövlətləri “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

Azərbaycan Respublikasının da qoşulduğu həmin sənəd üzv dövlətləri narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.