YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti ABŞ-ın San Dieqo şəhərində nümayiş olunacaq

Kaliforniya Qanunverici Orqanının alt palatası olan Ştat Assambleyasının spikeri Toni Atkins bu il oktyabrın 11-də dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin ABŞ-ın San Dieqo şəhərində tamaşaya qoyulması ilə bağlı qətnamə imzalayıb.

Qətnamədə Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi gözəl” baletinin ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsi kimi qiymətləndirilir. Həmçinin qətnamədə Azərbaycanın böyük şairi Nizami Gəncəvi və dahi bəstəkarı Qara Qarayevdən bəhs edilərək, “Yeddi gözəl” baletində güclü poetik və musiqi vəhdətinin olduğu qeyd edilir. Əsərdə multikulturalizmin və tolerantlığın tərənnümü, etnik müxtəlifliyin təntənəsi kimi keyfiyyətlərin nümayiş etdirildiyi vurğulanır.

Qətnamədə “Yeddi gözəl” baletinin 1952-ci ildə Q.Qarayev tərəfindən bəstələndikdən sonra tarixdə ilk dəfə ABŞ-ın böyük səhnəsində tamaşaya qoyulduğu bildirilərək, qeyd olunur: “ABŞ və Azərbaycan arasında münasibətlər 20 ildən çoxdur ki, davam edir. Bu münasibətlər iki ölkə arasında qarşılıqlı mənafelərə, faydalı tərəfdaşlığa yönəlik hədəfləri əhatə edir. Azərbaycan Kaliforniya ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir.”

Kaliforniya Ştatı Senatı adından isə qətnaməni senator Marti Blok imzalayıb.