YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ryazanda geniş qeyd olunacaq

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir çox regionlarında diaspor təşkilatlarımız tərəfindən qeyd olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ryazan regional bölməsində bununla əlaqədar hazırlıq işləri görülür. Təşkilat oktyabrın 17-də Ryazan şəhərində əlamətdar günə həsr olunan müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Tədbirlər çərçivəsində ÜAK Ryazan regional bölməsinin mərkəzi ofisinin açılışı da olacaq.

Bayram tədbirlərində Ryazan vilayət qubernatorunun, Dumanın və yerli hökumət nümayəndələrinin, ictimai təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Həmçinin Azərbaycan və digər xalqların diaspor təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri də tədbirlərə qatılacaqlar.