YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır

“Respublikamızda dövlət-din münasibətləri uğurla tənzimlənir”. Bu fikri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Ulu öndər müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Ölkəmizdə gündəlik həyat tərzinə, milli mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş bu dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Bu gün məqsədyönlü və uzaqgörən siyasi kursun uğurla davam etdirilməsi sayəsində respublikamızda bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir”-deyə, deputat qeyd edib.