YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib.

Tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov aktual mövzuya həsr olunan kitabın əhəmiyyətindən danışıb.

Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Digər çıxış edənlər də bildiriblər ki, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasında Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Qarabağ münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilib.