YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qloballaşmanın intensivləşməsi yeni çağırışlar doğurur

“Qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Bu çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ölkələr, hökumətlər və beynəlxalq təsisatlar bu çağırışlara vaxtında cavab vermək və yaranan yeni imkanlardan yararlanmaq üçün birgə fəaliyyətə məcburdurlar. Bu baxımdan BMT-nin ərzaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinə dair həyata keçirdiyi uzunmüddətli tədbirlər təqdirəlayiqdir.

Onun sözlərinə görə, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, eyni zamanda, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı və regional inkişafa dair Dövlət Proqramı qəbul edilib. Bu dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bu sahədə köklü dəyişikliklər baş verdi.

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman siyasətimizin mərkəzində insan amilinin olduğunu bəyan edir. Bunun əyani sübutu kimi, təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkədə ümumi daxili məhsul hər il orta hesabla 10-10,6 faiz, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3,8 dəfə artıb, minimum sosial standartların səviyyəsi, əhalinin gəlirləri dəfələrlə yüksəlib, inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilib”-deyə, komitə sədri vurğulayıb.