YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rumıniyanın Xarici İşlər nazirlikləri arasında Birgə Fəaliyyət Planı imzalanıb

Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Rumıniya Baş nazirinin strateji tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşdə tərəflər iqtisadi əməkdaşlıq məsələlərini xüsusi vurğulamaqla, ikitərəfli əməkdaşlığın gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.