YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: 2014-cü ilin 9 ayı ərzində ölkəmizin uğurlu inkişafı təmin edilib

«2014-cü ilin ötən doqquz ayı Azərbaycan üçün kifayət qədər uğurlu olub. İqtisadiyyatın inkişafı güclü iqtisadi potensial və mükəmməl idarətmə strategiyasının vəhdəti sayəsində dərinləşib». Bu fikirləri  YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının üzvü  Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, ötən 9 ayda bütün makroiqtisadi sahələrdə artım qeydə alınıb, sənaye, kənd təsərrüfatı məhsulları istehsalı 5 faizdən çox artıb. Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artıb. Onun sözlərinə görə, ölkəmizdə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Üçüncü rübdə ölkəmizin iqtisadi, siyasi, sosial, elmi-mədəni, humanitar sahələrində əhəmiyyətli dəyişiklərlə müşayiət olunub. “Dövlət başçısının bildirdiyi kimi bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub.

«Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də payı 57 faizə çatıb. “Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər”. Cari ilin 9 ayında əhalinin gəlirləri 5,4 faiz artıb, inflyasiya 1,5 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub.Ölkəmizin strateji valyuta ehtiyatları 53 milyard manatı keçib»- deyə, A.Hüseynov  vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv