YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində 22 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 22 dəfə pozulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 9-da və 10-da gecə Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ermənilər Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.