YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir

«Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Bu ilin ötən dövrünün nəticələri bunu deməyə əsa verir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu müddətdə iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Onun sözlərinə görə, ölkədə orta aylıq əmək haqqı 450 manata çatıb.

«Sosial sahədə baş verən müsbət dəyişikliklər davamlı olaraq maaşların və pensiyaların artması üçün imkanlar yaradıb. Ölkə Prezidentinin vurğuladığı kimi maaşlar, pensiyalar yüksəlir, doqquz ayda da bu proses baş verib. Bununla yanaşı inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir. Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv