YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır

«Təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, təhsil müəssisələri ilə biznes sektoru, işəgötürənlər arasında sıx əlaqə qurulmalıdır. Onun fikrincə, islahatların uğuruna yalnız hökumətin öhdəliyi kimi baxmaq lazım deyil.

«Burada hər birimizin, xüsusilə də işəgötürənlərin səyləri vacibdir. Görülən işlər nəticəsində bizneslə təhsil sektoru arasında  əməkdaşlıq genişlənəcək və biz Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından yeni layihələrin həyata keçirilməsini təmin edə biləcəyik»- deyə, nazir müavini vurğulayıb.