YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır

«Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Bunun üçün beynəlxalq hüquq normaları tətbiq edilməlidir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistan dövlətinin bütün fəaliyyəti beynəlxalq hüquq prinsiplərinə ziddir. İşğalçı ölkənin addımları beynəlxalq qayda-qanunlara həqarətdir.

«Erməni tərəfi  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bununla da onlar status–kvotanın qorunub saxlanılmasına çalışırlar. Azərbaycan vəzi yyətlə əlaqədar yalnız ATƏT-in Minsk qrupu çərçivəsində deyil, həm də AŞPA çərçivəsində fəaliyətini gücləndirməlidir. Rəsmi Bakı bu faktdan istifadə edərək, bu qurumda Ermənistana qarşı sanksiyaların tətbiqi üçün fəaliyyətini daha da gücləndirməlidir. Eyni zamanda, xarici ölkələrdəki səfirliklərimiz və diaspor təşkilatlatlarımız da işğalçı dövlətə qarşı səylərini artırmalıdırlar»- deyə, politoloq qeyd edib.