YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı deputat Metsamorun təhlükələrini neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb

Ayrı-ayrı ölkələr özünü nə qədər böyük, qüdrətli hesab etsələr də, əslində, hamımız kiçik, zəifik. Hamımızın ortaq bir evimiz var. Sanki həm də öz yuvamız olduğunu unudaraq yaratdığımız saysız-hesabsız problemlərlə daim narahat saxladığımız Yer kürəsi. Paradoks olsa da, danılmaz həqiqətdir: bu gün insanlığa qarşı yönələn, məqsədi dünyanı dağıdıb-parçalamaq, gücdən salmaq olan böyük təhlükələr həm də dünyanı daha yekdil, daha mütəşəkkil, daha vəhdətdə etmək üçün əsas vasitəyə çevrilib.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Rafael Hüseynov deyib: “XXI əsr elə mürəkkəb tarix mərhələsidir ki, daha heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz. Elə bir dövrə çatmışıq ki, terrorizm, narkotik, nüvə təhlükəsizliyi kimi qlobal problemlərin qarşısında heç bir ölkə təkbaşına duruş gətirmək imkanında deyil. Lap super güclər belə o təhlükələrlə ayrılıqda mübarizə apararaq uğur qazanmaq iqtidarında deyil. Bu ümumi düşmənlərlə, qorxunc təhlükələrlə mübarizədə əl-ələ olmağa, əməkdaşlıq etməyə sadəcə borclu deyilik, məhkumuq”.