YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Dövlət Dumasına müraciət ediləcək

“Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə ciddi, kəskin arqumentlərlə müraciət hazırlamışıq”. Bu fikirləri Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"Bu müraciəti həm mən, həm də Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi. O, Rusiya hakim partiyasının üzvü olduğuna görə həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər”,- deyə Ə. Hüseynli vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv