YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Xarici siyasət məsələlərində diqqətli olmalıyıq

“Xarici siyasət məsələlərində diqqətli olmalıyıq. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qonşu ölkələrlə pozulmuş münasibətləri bərpa etdi. Hazırda  bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış zamanı deyib.

S.Novruzov bildirib ki, son vaxtlar dünyanın aparıcı ölkələrinin rəhbərləri Azərbaycana səfər edib, səfər zamanı mühüm sənədlər imzalanıb. Eləcə də, ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlər keçirilib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirən amillərdir.

“Amma  Azərbaycanın inkişafını istəməyən qüvvələr, erməni lobbisi ölkəmizin imicinə kolgə salmağa çalışır. Bu dairələr bizim hansısa fikirlərimizdən sui-istifadə edərək xarici əlaqlərimizə zərbə vurmağa çalışırlar. Ona görə də, belə bir həssas dövrdə diqqətli olmalıyıq, dövlətimizin xarici siyasətinə xələl gətirəcək fikirlərə yer verməməliyik”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv