YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: 18 oktyabr 1991-ci il xalqımızın tarixində mühüm yer tutur

«18 oktyabr 1991-ci il xalqımızın tarixində mühüm yer tutur». Bu fikri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, tarıx boyu Azərbaycan xalqı çətin sınaqlarla üz-üzə qalıb. Onun sözlərinə görə, bu çətinliklər onu azadlıq mübarizəsindən döndərə bilməyib.

«Ötən əsrin əvvəlində qazandığımız müstəqilliyimizi itirsək də, əsrin sonunda yenidən onu qazanmaq imkanımız oldu. Təbii ki, müstəqilliyimizin bərpasına gedən yol heç də asan başa gəlmədi. Bu, yaxın tariximiz olduğu üçün hər kəs hansı ağrılı-acılı məqamların yaşandığını yaxşı bilir. Ən əsas problem odur ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Amma bu gün Azərbaycan güclü dövlətdir və onun müstəqilliyinin dönməzliyi təmin edilib. İnanırıq ki, güclənən Azərbaycan öz torpaqlarını işğalçılardan azad edəcək. Çünki bu gün Azərbaycan sözün əsl mənasında güclü müstəqil dövlətdir. Ölkəmiz regionun lideridir və dünyada böyük nüfuza sahibdir»- deyə, F.İbrahimli qeyd edib.