YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakubuild-2014 yubiley sərgisində 500-dən çox şirkət təmsil olunacaq

Oktyabrın 22-25-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri – 20-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi (Bakubuild-2014) keçiriləcək.

Sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır. Belə ki, Bakubuild-2014 sərgisi dünyanın 29 ölkəsindən 500-dən çox şirkəti təqdim edəcək.

Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ sərgidə milli qrupları ilə təmsil olunacaq. Ənənəvi olaraq Türkiyə istehsalçıları sərgiyə böyük heyətlə (41 şirkət) gələcəklər. Eksponentlərinin təxminən 40 faizi yerli inşaat şirkətlərindən ibarət olacaq budəfəki sərgidə tikinti avadanlıqlarının geniş çeşidi nümayiş etdiriləcək.

“Corella” markası sərginin baş sponsorudur. Qazax sement zavodu da sponsorlar arasında yer alacaq. Böyük Britaniyanın “İTE Group Plc” və Azərbaycanın “İteca Caspian” şirkətləri isə sərginin əsas təşkilatçılarıdır.

Bakubuild-2014-ün informasiya dəstəkçiləri sırasında AzərTAc da var.