Xəbərlər
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
“AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində çox uğurlu addımlar atılır”. Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunlarının hamısı bu gün AMEA-da elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alır.
“Akademiyanı intellektual bir beyin mərkəzinə çevirmək niyyətindəyik. Bu gün gənclərin elmə marağı daha da artmaqdadır. Bu da elm sahəsinin daha da inkişafına öz təhfələrini verir”-deyə, akademik vurğulayıb.