YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın nümayəndələri Moskva şəhərində keçirilən İCAPP 10-cu Baş Assambleyasında iştirak edirlər

Rusiyanın paytaxtı Moskva şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 10-cu Baş Assambleyası keçirilir. Tədbirdə Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edirlər. 

Tədbirdə çıxış edən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrarasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur. Onun sözlərinə görə, Rusiya,Türkiyə, Fransa, Misir, İndoneziya və digər ölkələrdə baş vermiş dəhşətli hadisələr terrorizmin hər bir ölkə üçün ciddi təhlükə olduğunu və dünyada heç bir dövlətin ondan sığortalanmadığını göstərdi: “Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Dözümsüzlük, radikalizm və ekstremizmə əsaslanan terrorizm hələ də müxtəlif regionlarda sülhə, təhlükəsizliyə, sabitliyə və inkişafa mənfi təsir göstərir. Təəssüf ki, inkişaf edən müasir dünya terrorçulara yeni imkanlar açır: yeni texnologiyalardan, internetdən istifadə etməklə insanların psixologiyasına təsir edərək təbliğat aparır, maliyə əməliyatları aparmaqla öz sıralarına gəncləri cəlb edirlər. Terrorizm təkcə bir ölkənin deyil ,eyni zamanda bütün siyası partiyaların, dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqa və insan haqlarına söykənən əməkdaşlığı da daxil olmaqla, ardıcıl və hərtərəfli yanaşma əsasında məğlub edilə biləcək bir şərdir. Bu gün terrorizmin yayılmasının qarşısını almaq üçün ilk növbədə həll olunmamış münaqişələrin aradan qaldırılmasına səy göstərmək, insan hüquqlarının pozulmasına rəvac verən səbəblərə qarşı çıxmaq, etnik və dini diskriminasiya kimi halların baş verməməsi üçün birgə fəaliyyət göstərməliyik . Azərbaycan terrorun nə olmasını çox yaxşı bilir. Etnik təmizləmələrin, hərbi təcəvuzun nəticəsində 20% torpaqlarımız Ermənistan silahlı güvvələr tərəfindən işğal edilib. Nəticədə 1milyon  insan doğma yurdlarından didərgin düşüb. Ermənistan həmçinin, münaqişə zonasından uzaqda yerləşən bölgələrdə yaşayan mülki əhaliyə qarşı da ictimai nəqliyyatda və mühüm infrastrukturun yerləşdiyi məkanlarda da terror aktları törətməklə savaş aparıb”.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin  müdiri onu da qeyd edib ki, hazirki dövrdə dini savadsızlıqdan etnik, dini münaqişələrin alovlanmasında istifadə olunur. Bu isə ekstremizm və terrorun yayılmasına səbəb olan radikalizmi, islamafobiyanı daha da gücləndirir. Onun sözlərinə görə, bütün millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq Azərbaycan sivilizasiyalararası dialoqa töhfə verməyə çalışır.

“Ölkəmiz müxtəlif dinlər arasında daha yaxşı anlaşmanın təmin olunmasına xidmət edən çoxsaylı işlər görür. Terrorizm beynəlxalq sülh və təhlükəsizliyə, insan haqlarına, demokratiyaya, dövlətlərin siyasi müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına ciddi təhdiddir. Səbəbindən asılı olmayaraq heç bir terrorizm aktına haqq qazandırıla bilməz. Dövlətlər arasındakı münaqişələr, hərbi aqressiya, separatizm və ekstremizmin yayılması terrorizm üçün əlverişli şərait yaradır və siyası partıyalar üçün mübarizə hədəflərindən biri olmalıdır. Bu gün Azərbaycan nəinki öz təhlükəsizliyini , eləcə də regionda baş verən hadisələrə müsbət mənada təsir etməklə, sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərir. Çünki terrorizmdən əziyyət çəkən bir dövlət olaraq ölkəmiz onun necə bir bəla olduğunu yaxşı dərk edir və hesab edir ki, terrorizmin və terrorçunun milliyyəti, dini yoxdur, ona qarşı mütərəqqi dünyanın münasibəti eyni olmalıdır. İnsan həyatının nə gədər dəyərli olduğunu nəzərə alaraq, insanlığın qorunması üçün, münaqişələrin beynəlxalq hüquqa, qəbul edilmiş normalar və prinsiplər əsasında həll edilməsi, ölkələrimizdə sabitlik,təhlükəsizliyin təmini, gələcək nəsillərin sülh şəraitində yaşamalarının güclü əsasını qoymaqdan ötrü bu gün hər bir siyasi partiya da üzərinə düşən məsuliyyəti dərk etməlidir”-deyə, S.Fətəliyeva vurğulayıb.

Qeyd edək ki, İCAPP-ın 10-cu Baş Assambleyası öz işini oktyabrın 27-də yekunlaşdıracaq.