YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ragusa Oggi”: Beynəlxalq Bakı Humanitar Forumu mədəniyyətlərarası dialoq üçün əvəzsiz imkandır

İtaliyanın “Ragusa Oggi” xəbər saytında IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı ətraflı məlumatların yer aldığı yazı yerləşdirilib.

Yazıda tədbirə dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın iştirakçının qatıldığı bildirilir.

Məqalədə Heydər Əliyev Mərkəzində təşkil olunan Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə yer verilir, tədbirin panel sessiyalarında bütün dünya ölkələrini maraqlandıran qlobal mövzuların müzakirə olunduğu vurğulanır.

İtaliya nümayəndə heyətinin Forumda fəal iştirak etdiyini oxucuların diqqətinə çatdıran müəllif bildirir ki, bu tədbir bəşəriyyətin universal dəyəri olan mədəniyyətlərarası dialoq anlayışının gündəmə gətirilməsi istiqamətində Azərbaycan tərəfindən yaradılan əvəzsiz bir imkandır.

Azərbaycan belə bir tədbiri təşkil etməklə dünyanın qlobal problemlərinə görə məsuliyyət daşıyan, yeni minilliyin çağırışlarına qulaq verən beynəlxalq bir aktora çevrildiyini sübut edir.