YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: TANAP layihəsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir

Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsinin əyani göstəricisidir. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu TANAP üçün boruların ixracı üzrə müqavilənin imzalanması zamanı bildirib. /Trend/

TANAP layihəsi üçün boru ixracını Türkiyənin «Borusan Mannesmann», «Noksel Çelik Boru» və «Erciyas Çelik Boru» şirkətləri təmin edəcəklər.

Baş nazirin sözlərinə görə, Azərbaycan tərəfindən reallaşdırılan bütün layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir: “Bir çox ölkələrdə böhran müşahidə olunsa da, Azərbaycan və Türkiyə belə iri iqtisadi layihələri reallaşdıra biliblər”.

Davudoğlu, həmçinin qeyd edib ki, Trans Anadolu qaz kəməri layihəsi regionda sülhün bərqərar olmasına kömək edəcək.

Onun sözlərinə görə, 10 il əvvəl heç kim TANAP kimi iri layihənin reallaşdırılmasının mümkünlüyünü təsəvvür edə bilməzdi: “Azərbaycan və Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar”.

 

DİGƏR Xəbərlər Arxiv